Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Namiq Zeynalovı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. İcra başçısı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Həftənin "mərhumu"

Aktyor, SSRİ Xalq artisti Valentin Qaft vəfat edib. Bu barədə TASS-a onun həyat yoldaşı Olqa Ostroumova xəbər verib. Teatr və kino aktyoru Valentin Qaft 1935-ci ildə anadan olub. O, "Qaraj", "Baharın 17 anı", "Salam, mən sizin xalanızam", "Master və Marqarita" kimi filmlərdə rol alıb.
Həftənin "bədbin proqnozu"

Pandemiyanın fonunda dünya son 80 ildə ən güclü iqtisadi tənəzzüllə üzləşə bilər. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
Quterreş koronavirusla birgə mübarizə üçün kifayət qədər səy göstərmədikləri üçün ölkələri tənqid edib.
"Pandemiyanın sosial və iqtisadi nəticələri böyükdür və onlar artmağa davam edirlər. Heç bir peyvənd artıq vurulan zərərləri düzəldə bilməz", - Quterreş Nobel mükafatı forumunda bildirib.
Həftənin "körpəsi"

Moskva metrosunda səhər saatlarında hamilə qadının doğuş sancıları tutub. Ekskalatorun yanındaca doğuşu başlayan qadının körpəsi təcili yardım gələnə kimi doğulub.
Qadına doğuşda stansiya polis işçisi qadın və 2 sərnişin kömək edib.
Uşaq sağlamdır. Qadın qeyd edib ki, doğuma hələ 1 həftə var imiş. Qeyd edək ki, Moskva metrosu hələ ki, karantinə rəğmən açıqdır.
Həftənin "şübhəlisi"

Xüsusi İstintaq Xidməti Nikol Paşinyan və bir qrup digər yüksək vəzifəli şəxsə qarşı cinayət işi açıb.
Bunu "Vahid Ermənistan" partiyasının sədri Artur Kazinyan "Facebook" səhifəsində yazıb. A.Kazinyan deyib ki, səs-küylü həbslər gözlənilir:
"Bu gün 16:00-da mən birbaşa efirdə cinayət işinin təfərrüatlarını açıqlayacam".